Bolqarıstan prezidenti ölkəsinin Rusiya qazını almağa davam etdiyini bildiribbackend

Bolqarıstan Rusiya qazını vasitəçilər və svop əməliyyatları vasitəsilə almağa davam edir, ölkə prezidenti Rumen Radev bildirib.

Sofiyada Economist jurnalının forumunun açılışında çıxış edən Radev qeyd edib ki, enerji qiymətlərinin yüksək olması Avropa ölkələrinin Rusiya qazını almaqdan imtinasının nəticəsidir.

Onun sözlərinə görə, Bolqarıstan Azərbaycan qazı vasitəsilə tədarük problemini qismən həll edib. Bununla belə, o vurğulayıb ki, Rusiyadan qaz ölkəyə vasitəçilər və svop əməliyyatları vasitəsilə daxil olmaqda davam edir.