Bolqarıstan Rusiya qazının tranziti üzrə “cəzalandırıcı” tariflərin ləğvinə səs veribbackend

Bolqarıstanda Xalq Məclisi Rusiya təbii qazının idxalı və tranziti üçün tariflərin artırılmasının əleyhinə səs verib.

Bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb.

Yayımçı qeyd edir ki, Macarıstan hakimiyyəti Bolqarıstana ultimatum təqdim etdikdən və ölkənin Şengenə qoşulmasına veto qoymaqla hədələdikdən sonra parlament üzvləri “cəza rüsumlarını” ləğv etmək qərarına gəliblər.

Onun sözlərinə görə, qərar müzakirəsiz, lakin plenar iclas zalında baş verən qarşıdurmalar və qalmaqallar fonunda verilib.

BNT-nin məlumatına görə, oktyabrın 13-də Sofiya Rusiya qazının tranziti üçün hər meqavat/saat üçün 10 avro aksiz vergisi təyin edib. Qeyd edilir ki, bu məbləğ TTF-nin hazırkı qaz baza qiymətinin (meqavat-saat üçün 50 avro) təxminən beşdə birini təşkil edir, baxmayaraq ki, tranzit haqları adətən faktiki dəyərin bir neçə faizini keçmir.

Mənbə: Bloomberg