“Bolt” sürücüsü sərnişinlə mübahisə etdi, çalışdığı şirkəti söydü – Şikayət + Fotobackend

“Bolt” şirkətindən şikayətlər səngimir.

İctimai.az xəbər verir ki, sözügedən şirkətdən taksi sifariş edən sərnişin sürücünün kobudluğu ilə üzləşib.

Sərnişinin bildirdiyinə görə, sürücü sərnişinin sifarişinə kobud şəkildə etiraz edib, avtomobili sürməkdən imtina edib və hətta çalışdığı taksi şirkətini söyüb:

“Şikayətim BOLT sürücüsünədir. Taksiya minən kimi 2 ünvan qeyd etdiyimi gördü və çox kobud şəkildə etiraz elədi ki, “ Ay xanım, 2 ünvan nədir eləmisiniz?!” Mən də bildirdim ki, əgər burada 2-3 ünvan qeyd eləmək mümkündürsə, yəni o funksiya varsa, edə bilərəm, haqqımdır. Şofer bu BOLTU söydü sonra da maşını saxladı və dedi aparmıram sizi”.

Qeyd edək ki, bir neçə gün öncə şirkətə məxsus daha bir taksi sürücüsü sükan arxasında yuxuluması və nəticədə baş verən qəza ilə bağlı xəbər geniş ajiotaj yaratmışdı.