Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Böyük Britaniya vətəndaşlarının Ukraynadakı münaqişəyə biganə qalmasından şikayətlənib. Onun sözlərini The Telegraph nəşri sitat gətirir.
“Hazırda Ukraynaya maraq və iştah çox aşağıdır. Mən bunu çox üzücü hesab edirəm. Yəni, [mövzu] bir növ gəlir və gedir, amma mənim üçün bu, əsas məsələdir”, – Conson deyib.
O, həmçinin Britaniyanın hazırkı rəhbərliyinin Kiyevə dəstək və əməkdaşlıqda fəallıq göstərməməsindən narazılığını bildirib.