Boris Conson istefa verməyə RAZI OLDUbackend

“Boris Consonun baş nazir vəzifəsindən istefa verməsi ölkə üçün yaxşı xəbərdir. Bu çoxdan baş verməli idi”.

Bu sözləri Böyük Britaniyanın Leyboristlər partiyasının lideri Kir Starmer “Twitter”də yazıb. “Mühafizəkarlar 12 illik iqtisadi durğunluğa, azalan dövlət xidmətləri və boş vədlərə nəzarət ediblər.

Bizə başdakı Torini dəyişdirmək lazım deyil – hökumətin düzgün dəyişməsinə ehtiyacımız var. Britaniya üçün yeni bir başlanğıc lazımdır”, – deyə o qeyd edib.

Boris Consonun gün ərzində xalqa müraciət edəcəyi gözlənilir.