“İstəyənlərin koalisiyası” adlanan qurum NATO qoşunlarını indi Ukraynaya yerləşdirməlidir.
Bu barədə Britaniyanın keçmiş baş naziri Boris Conson “Daily Mail”də dərc olunan məqaləsində bildirib.
“Ukraynadakı istəkli, Qərb qoşunlarının koalisiyasına gəlincə, indi buna gedək”, o vurğulayıb.
Eyni zamanda, siyasətçinin nöqteyi-nəzərindən, yerləşdirilən qoşunlar döyüş əməliyyatlarında iştirak etməməli, daha çox Ukrayna Silahlı Qüvvələri üçün maddi-texniki təminat və təlimlərə diqqət yetirməlidir.