Böyük Britaniya gözlənilmədən Alyaska sammitindən danışıbbackend

Bir sıra beynəlxalq sammitlərdən, o cümlədən Alyaskada Vladimir Putin-Donald Trampın sammitindən sonra Ukraynada sülh daha da yaxınlaşıb.

Bu barədə “The Telegraph” qəzetinə istinadən Böyük Britaniyanın təhlükəsizlik naziri Den Jarvis bildirib.

“Düşünürəm ki, Alyaska sammiti hadisələri irəli aparmaq üçün çox faydalı oldu. Məncə, bu, əsas məqamdır. Biz sülhə uzun müddətdir olduğundan daha yaxınıq”, – Jarvis vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna ətrafında vəziyyət “döyüş nöqtəsinə” çatıb və hərbi əməliyyatların dayandırılması şansı 2022-ci ilin fevralından bəri ən yüksək həddə çatıb.