Böyük Britaniya Ukraynadakı ərazi məsələsinin “yeganə” həll yolunu müəyyən edibbackend

Jurnalist Maykl Evans “The Spectator” üçün yazdığı məqalədə Ukraynadakı ərazi məsələsinin yeganə həlli ərazidə silahsızlaşdırılmış və azad iqtisadi zonanın yaradılmasıdır.

“Ərazi məsələsinin yeganə ağlabatan həlli hər iki tərəfin Donbasdan çəkilərək bölgəni silahsızlaşdırılmış və azad iqtisadi zonaya çevirməsi ideyasıdır. Bu, Trampın Ukrayna üçün yenidən işlənmiş 20 maddəlik planının bir hissəsidir”, – deyə Evans hesab edir.

Onun sözlərinə görə, hazırda torpaq Ukrayna sülh danışıqlarında “yeganə problemdir”, çünki Rusiya prezidenti Vladimir Putin bütün bölgənin suveren Rusiya ərazisi olmasını istəyir, Ukrayna prezidenti Volodimir Zelenski isə Donbasın qalan hissəsini saxlamaq niyyətindədir. Jurnalist qeyd edir ki, hazırda Putin tələblərinə sadiqdir və Rusiya irəlilədiyi üçün Zelenskidən “daha çox təsir gücünə” malikdir.