Ukraynada münaqişə tərəfləri qarşılıqlı güzəştə getməlidir. Bunu Sky News-a müsahibəsində Britaniya parlamentinin üzvü, sağçı “Reform UK” partiyasının rəhbəri Naycel Faraj deyib.
Siyasətçinin fikrincə, istənilən danışıqlarda rəqibin bəyənməyəcəyi məqamlar olacaq. Bununla belə, düşmənçiliklərə son qoymaq üçün qarşılıqlı güzəştlər lazımdır.
Faraj qeyd edib ki, Ukrayna danışıqlardan kifayət qədər çox şey əldə edə bilər.