Böyük Britaniya Ukraynanı hava hücumundan müdafiə raketləri ilə təmin edəcəkbackend

Böyük Britaniya Ukraynaya Belfastdakı Thales müdafiə zavodunda istehsal olunan 5 min hava hücumundan müdafiə raketi verəcək.

Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Qeyd olunur ki, bu, krallığın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, Kiyevə mübarizəni davam etdirməyə imkan verəcək.

Sənəddə qeyd olunduğu kimi, çatdırılmalar iyunun 10-11-də Romada Ukraynanın bərpası üzrə konfransda ölkələrin imzalayacağı kredit sazişi çərçivəsində həyata keçiriləcək. London raketlərin çatdırılması üçün 19 illik ödəmə müddəti ilə 2,5 milyard funt sterlinq (3,4 milyard dollar) kredit ayıracaq.

Bundan əlavə, Britaniya 2025-2026-cı illərdə Ukraynaya 283 milyon funt-sterlinq qrant yardımı ayıracaq”, – deyə hökumət bildirib.