Böyük Britaniya Ukraynaya böyük maliyyə yardımı paketi hazırlayıb

Böyük Britaniya Ukraynaya yeni maliyyə dəstəyi paketi təqdim etməyi planlaşdırır.

Bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paketə Dünya Bankı üçün 3 milyard dollar kredit zəmanəti və 240 milyon funt sterlinq (300 milyon dollardan çox) ikitərəfli yardım daxildir.

“Bu gün Böyük Britaniya Ukraynaya böyük maliyyə dəstəyi paketi təqdim edəcək, o cümlədən Ukraynanın iqtisadi sabitliyini gücləndirmək üçün Dünya Bankının 3 milyard dollarlıq kredit zəmanəti”, – deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, maliyyə vacib dövlət xidmətlərinin, o cümlədən məktəblərin və xəstəxanaların saxlanması xərclərinin dəstəklənməsinə yönəldiləcək.

Mənbə: BBC

Oxşar xəbərlər