Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin Dubayda keçirilən 28-ci Konfransı çərçivəsində Şotlandiyanın birinci naziri Həmzə Yusif ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündən son dərəcə məyus olub.
Nəşr qeyd edir ki, Kemeron Şotlandiyanın Konstitusiya məsələləri, xarici əlaqələr və mədəniyyət naziri Anqus Robertsona yazdığı məktubda Şotlandiya rəsmilərinin xarici həmkarları ilə görüşlərinin təşkilində yardım göndərilməsini dayandırmaqla hədələyib.
Yayımçı vurğulayır ki, Şotlandiya hökuməti Yusiflə Ərdoğanın görüşü ilə bağlı xəbərdarlıq etməyib. Bu səbəbdən onların görüşü Britaniya hökumətinin nümayəndəsi olmadan baş tutub. Britaniya Xarici İşlər Nazirliyi bu hərəkətin London və Edinburq arasında protokolun pozulması olduğunu düşünür.
BBC mənbəyi bu görüşün Britaniya diplomatiyasına da zərbə vurduğunu vurğulayıb.
Mənbə: BBC
