Böyük Britaniya ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişəni həll etmək istəyini bölüşür, lakin Rusiya öz qoşunlarını respublikadan çıxarmaqla bunu özü edə bilər. Reuters xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü sülh planının ortaya çıxması və Kiyevə təzyiqlər barədə məlumatı belə şərh edib.
“Rusiya sabah öz qoşunlarını çıxararaq və qanunsuz işğalına son qoymaqla bunu Ukraynaya sülh gətirə bilər”, – Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Eyni zamanda o, Londonun “prezident Trampın bu vəhşi müharibəyə son qoymaq istəyini bölüşdüyünü” vurğulayıb.














