Böyük Britaniya Xarici İşlər Nazirliyi Fransa və Almaniya xarici işlər nazirliklərinin nümayəndələri, həmçinin ABŞ dövlət katibi ilə Londonda keçiriləcək görüşün təxirə salındığını təsdiqləyib.
Bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.
Britaniya Xarici İşlər Nazirliyi nazirlərin danışıqlarının təxirə salındığını bildirib. Ekspertlər səviyyəsində Ukraynada münaqişənin həlli məsələlərinə dair görüş keçiriləcək.
“Xarici işlər nazirlərinin Ukrayna üzrə sülh danışıqlarına həsr olunmuş iclası təxirə salınıb. Ölkələrin rəsmi nümayəndələri səviyyəsində danışıqlar davam etdiriləcək, lakin onlar mətbuata qapalıdır”, – departamentin açıqlamasında deyilir.