Böyük Britaniyada iğtişaşçılar qeyri-qanuni mühacirlərin müvəqqəti qaldıqları ikinci oteli yandırmağa cəhd ediblər. Bu barədə Sky News telekanalı məlumat yayıb.
Hadisə Staffordşir əyalətində yerləşən Tamvort şəhərində baş verib. Etirazçılar otel binasına fişənglər və müxtəlif əşyalar atmağa başlayıblar. Otelin bir hissəsi yanıb.
Polis şəhərə iğtişaşlara nəzarət bölmələrinin yerləşdirildiyini bildirib.
Mənbə: Sky News