Böyük Britaniyada İkinci Dünya Müharibəsi təyyarəsi qəzaya uğrayıbbackend

İkinci Dünya Müharibəsindən (1939-1945) Spitfire qırıcı təyyarəsi Böyük Britaniyanın Kent şəhərində VE Day tədbirlərinə saatlar qalmış qəzaya uğradı.

Bu barədə Britaniyanın “The Times” qəzeti yazır.

Qeyd olunur ki, 82 il əvvəl inşa edilmiş təyyarə mayın 3-də Folkeston şəhərindən bir qədər aralıda olmayan West Hythe kəndi yaxınlığındakı əkin sahəsinə sərt eniş edib, pilot və sərnişin xəsarət almayıb.

Hadisə yerinə iki yanğınsöndürən maşın göndərilib. Bir nəfərə tibbi yardım göstərilib.

Təyyarənin təcili enişinin səbəbi müəyyən edilməyib. Məqalədə deyilir ki, araşdırma aparılacaq.