İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi qlobal iqtisadiyyat üçün ciddi təhlükə yaradır.
Bu barədə “Business Insider” Ernst & Young (EY) konsaltinq şirkətinin baş iqtisadçısı Qreq Dakonun sözlərinə istinadən xəbər verir.
Ekspert münaqişənin həlli üçün iki variant müəyyən edib. Ən pis halda “nəzarət olunmayan” ssenaridə neftin qiyməti 50 dollar artaraq 2023-cü ilin sonuna qədər 150 dollara çata bilər. Bu halda VIX volatillik indeksi ən azı 18 bənd yüksələ bilər.
Dako belə bir şokun qlobal iqtisadiyyata ciddi ziyan vuracağı ilə bağlı xəbərdarlıq edib. Qlobal ÜDM 2024-cü ilin sonuna kimi 1,4% azala, qlobal iqtisadiyyatın dəyəri isə təxminən 2 trilyon dollar azala bilər.
Ekspertin fikrincə, ən böyük zərbə inflyasiya artımına cavab vermək məcburiyyətində qalan mərkəzi banklara dəyəcək, lakin artıq əvvəlki kimi faizləri tamamilə sıfıra endirə bilməyəcək. 2024-cü ilə qədər inflyasiya 1,5 faiz bəndi arta bilər.
Mənbə: Gazeta.ru