Böyük Britaniyanın baş naziri Key Starmer Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb, həmçinin Avropa liderləri və NATO-nun baş katibi Mark Rutte ilə Kiyevə dəstək tədbirlərini müzakirə edib.
Bu barədə Britaniya hökumətinin saytında dərc olunmuş bəyanatda bildirilir.
“Bu axşam Zelenskinin Ağ Evə səfərindən sonra baş nazir Ukrayna prezidenti, Avropa liderləri və NATO-nun baş katibi [Rutte] ilə danışıb”, – bəyanatda deyilir.
Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, baş nazir qışa qədər Ukraynaya dəstəyin artırılmasını, o cümlədən davamlı humanitar, maliyyə və hərbi yardımı davam etdirəcəyini vəd edib.