Çin Mərkəzi Televiziyasının (CCTV) məlumatına görə, Pekinə səfəri zamanı Böyük Britaniyanın Baş naziri Keir Starmer Londonun “vahid Çin” prinsipinə sadiqliyini bir daha təsdiqləyib.
Çin Prezidenti Si Cinpin ilə danışıqlar zamanı Starmer həmçinin qeyd edib ki, Böyük Britaniya və Çin qarşılıqlı hörmət və etimada əsaslanan uzunmüddətli, sabit və hərtərəfli strateji tərəfdaşlıq inkişaf etdirməlidirlər.
Böyük Britaniyanın Baş naziri əlavə edib ki, Honkonqun çiçəklənməsi və sabitliyi hər iki ölkənin maraqlarına uyğundur.














