Böyük Britaniyanın baş naziri Key Starmer və ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı Ukrayna üzrə “istəklilər koalisiyası” sammitinin nəticələrini müzakirə ediblər.
Bu barədə Britaniya Nazirlər Kabinetinin rəhbərinin ofisinin mətbuat xidməti məlumat yayıb.
“Onlar Böyük Britaniya-ABŞ iqtisadi rifah sazişi üzrə öz komandaları arasında məhsuldar danışıqları müzakirə etdilər və bunların bu həftə də eyni templə davam edəcəyinə dair razılığa gəldilər”, – bəyanatda deyilir.
Ofis Starmer və Trampın yaxın günlərdə də əlaqə saxlamağa razılaşdığını qeyd edib.