Böyük Britaniyanın varlı ailəsi keçmişdə qul sahibi olduğuna görə Qrenadada üzr istəyəcəkbackend

Böyük Britaniya ailəsi 19-cu əsrdə əcdadlarının 1000-dən çox qulunun olduğu Karib dənizindəki Qrenada adası xalqından açıq şəkildə üzr istəyəcək.

Qrenadada altı şəkər plantasiyasına sahib olan aristokrat Trevelyan ailəsi də təzminat ödəyəcək.

Ailə üzvü olan BBC müxbiri Laura Trevelyan 2022-ci ildə Qrenadaya səfər edib.

1833-cü ildə köləlik ləğv edildikdə əcdadlarına Böyük Britaniya hökuməti tərəfindən təzminat ödənildiyindən şoka düşdü – lakin azad edilmiş afrikalı qullar heç nə ala bilmədilər.

Mənbə: BBC

İctimai.az