Britaniyanın xarici işlər naziri David Lammy bildirib ki, Şimali Atlantika alyansı Rusiyanın yaratdığı təhlükə qarşısında “daha güclü və ədalətli” olmalıdır.
Nəşr Böyük Britaniya hökumətinin saytında yer alıb.
Lammy NATO ölkələrini hərbi bloku “daha güclü və ədalətli” etmək üçün “daha çox xərcləməyə və daha çox istehsal etməyə” çağırıb. Onun fikrincə, Şimali Atlantika Alyansı “Rusiyadan gələn təhlükə qarşısında” belə olmalıdır.
Xarici işlər naziri hesab edir ki, indi onu danışıqlar masasına oturtmaq üçün bütün mümkün iqtisadi rıçaqlardan istifadə edərək “Putinə təzyiqi artırmağın vaxtıdır”.