Böyük Britaniyaya ABŞ-ın Ukrayna ilə bağlı yeni planı barədə məlumat verilməyibbackend

“Politico” adı açıqlanmayan britaniyalı diplomata istinadən xəbər verir ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ-ın irəli sürdüyü təkliflər barədə Böyük Britaniyaya məlumat verilməyib.

“Milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauellin ABŞ prezidentinin xüsusi elçisi Stiv Witkoff ilə yaxın münasibətdə olmasına baxmayaraq, Londona təkliflər barədə məlumat verilməyib”, – nəşr qeyd edir.

Bu arada Amerikanın “Axios” portalı iddia edir ki, Witkoff və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Ukrayna nizamlanması planı üzrə danışıqlar zamanı “müəyyən anlaşmaya” nail olublar.