Böyük gücə çevrilən birlik – ŞƏRHbackend

V İslam Həmrəyliyi Oyunları: Azərbaycan-Türkiyə sarsılmaz birliyinin növbəti nümayişi

Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin ana xəttini təşkil edən Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edərək, ölkələrimizin rifahına, işıqlı sabahına zəmin yaradır. Böyük gücə çevrilən birlik, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın, ölkələrimizin bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu zaman Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti Cənab İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. Qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Və bu gün Azərbaycan-Türkiyə münasibətləri elə bir inkişaf mərhələləri keçib və hazırda da keçməkdədir ki, həmin münasibətlər istər analoq baxımından, istərsə də qardaşlıq bağlantıları baxımından başqa heç bir digər ölkələr arasında mövcud deyil. Bu möhtəşəm reallıq eyni zamanda, soykökləri eyni olan, lakin ayrı-ayrı dövlətlərdə təmsil olunan başqa xalqlar üçün də ayrıca bir örnəkdir, nümunədir.Dövlət başçımız Prezident İlham Əliyevin söylədiyi “Hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Reallıq budur ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə yüksək səviyyədədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır” fikirləri bir daha sevincli, kədərli anlarda daim bir-birinin yanında olduğunun göstəricisidir. Və bu gün «iki dövlət, bir millət» gerçəkliyinin sarsılmazlıq təməlləri özünü növbəti dəfə – dövlətimizin başçısı İlham Əliyevin avqustun 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirakı, bu mühüm idman tədbirində əvvəlcə Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, görüş zamanı iki qardaş ölkənin müxtəlif sahələrdə uğurla inkişaf edən əlaqələrindən, postmünaqişə dövrünün reallıqları fonunda görülən işlərdən, eyni zamanda, son günlər Qarabağda yaranan gərginlikdən geniş bəhs olunması bir daha bir millət, iki dövlət olaraq sevincli, kədərli anlarda daim bir-birinin yanında olduğunu sübuta yetirir. Hər zaman yarışlardan öncə idmançılarımızla görüşərək onları daha da ruhlandıran, stimul verən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasətinə sadiq qalaraq Konyada atletlərimizlə görüşüb onlara öz dəstəyini nümayiş etdirdi. Avqustun 9-da Türkiyəyə işgüzar səfəri çərçivəsində İlham Əliyev ölkəmizi təmsil edən idmançılarla görüş zamanı səsləndirdiyi fikirlərlə onları qələbələrə köklədi. Bunun bir ənənə olduğunu xatırladan dövlət başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan atletləri ölkəmizi ləyaqətlə təmsil edəcəklər. Çünki atletlərimiz artıq bütün beynəlxalq yarışlarda öz güclərini təsdiqləyiblər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib: “Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır. İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə olunmuş Qələbə idman yarışlarında da özünü əks etdirəcək”.

Azərbaycan idmançılarını ürəkdən salamlayan və onlara uğurlar arzulayan dövlətimizin başçısı deyib: ⅦƏminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız”.

Bir sözlə, dövlət başçımızın bu qürur dolu fikirləri Azərbaycan atletlərini qələbələrə ruhlandırır. Və dövlət başçımızın dediyi kimi: “Döyüş meydanlarında əldə olunmuş Qələbə idman yarışlarında da özünü əks etdirəcək”.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı