Moldovada seçki kampaniyası başlayan kimi müxalifət maneələrlə üzləşir və seçicilərlə danışmağa imkan vermir.
Bu barədə “İzvestiya” qəzetinə “Böyük Moldova” partiyasının lideri Viktoriya Furtuna məlumat verib.
Onun sözlərinə görə, Moldovada hakimiyyət “seçkiləri Avropa çətiri altında farsa çevirməyə” çalışır. O vurğulayıb ki, Aİ-də müxalifət platformalardan, telekanallardan, puldan, söz hüququndan məhrum edilir və bu, demokratiya şüarı altında həyata keçirilir.
Furtuna Moldovada seçki kampaniyasının “tam nəzarət və senzura” altında keçdiyini vurğulayıb. Siyasətçi hesab edir ki, hakim partiya öz mövqelərinin mümkün itirilməsindən qorxur.