Böyük Qələbəyə aparan dövlət bayrağımızbackend

Dövlət bayrağımızın zirvələrə qaldırılmasında Milli və Vətən qəhrəmanlarımızın, şəhidlərimizin və qazilərimizin rolu əvəzsisdir

Azərbaycan Respublikasının Dövlət bayrağı milli kimliyimiz, azərbaycançılığımız və vətəndaşlığımızın real təcəssümüdür. Bizlər Vətənimizi, millətimizi sevdiyimzi kimi, bayrağımızı da cani-könüldən sevirik. Böyükdən kiçiyə hər kəs dövlət bayrağını görəndə və ya əlində tutub dalğalandıranda azərbaycanlı olmağı ilə fəxr edir. Bu bayraq qarşısında sayğı ilə diz çökdüyümüz qürur mənbəyimiz, milli nəfəsimzidir. Dövlət bayrağı ulu əcadadlarımızadan bu günə gəlib çıxan milli ruhu özündə yaşadaraq dövlətimizin atrubitunu təşkil edir. Dövlət bayrağımızda istiqlal ideologiyamızın üç təməl prinsipi əks olunub. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 9-da Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. 70 il sonra isə həmin bayraq Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə yenidən Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edilib. Hazırda dövlət bayrağımız Azərbaycan Respublikasının ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyasında da öz əksini tapıb. Müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi əsas fəaliyyət soydaşlarımızı ay-ilduzlu, üçrəngli bayrağımız ətrafında birləşdimək olub. Uzun illərin dövlətçilik təcrübəsinə sahib olan ulu öndər ideoloji iş prinsipinin mahiyyətini çox dərindən bilirdi. Dövlətçilik ideyalarının yaranması və yaşaması üçün bayrağın olması vacib amildir. Ümummilli lider çox gözəl billirdi ki, dövlət bayrağı milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına çağırışdır. Məhz buna görə də ümummilli lider ilk olaraq istiqlal mücahidlərinin 70 il əvvəl qaldırdıqları bayrağı müstəqil dövlətimizin bayrağı olması ideyasını vermişdi. Ulu Öndər Heydər Əliyev dövlət bayrağına olan sevgisini belə ifadə etmişdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”,

Bu gün dövlət bayrağımız suverenliyimizin və müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının qarşısında dalğalanır. Eyni zamanda Azərbaycanın başqa dövlətlərdə fəaliyyət göstərən səfirliklərinin qarşısında dövlət bayrağımız əzəməti ilə ucalır. Harada yaşamasından asılı olamayaraq hər bir azərbaycanlı bu bayraqla özünün hansı millətə mənsub olduğunu göstərir. Xaricdəki soydaşlarımız keçirdiklləri tədbirlərdə məhz dövlət bayrğımızı önə çəkərək qürurla dalğalandırırlar. Xüsusən xaricdə erməni lobbbisinə qarşı keçirilən etiraz aksiyalarında soydaşlarımız plakatlarla yanaşı, məhz əllərindən dövlət bayrağımızıda tuturlar. Beləcə, dövlət bayrağımız, həmçinin milli və müstəqillik, eləcə də azadlıq savaşında düşmənə qarşı mübarizə əzmidir. Prezident İlham Əliyev dövlət bayrağımızın eşidilən səsimiz, duyulan nəfəsimiz olduğunu deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Hazırda Azərbaycanın hər bir regionunda dövlət bayrağımız dalğalanır. Vaxtilə Ali Baş Komandan İlham Əliyev dövlət bayrağımızın Qarabağda da dalğanacağı vədini vermişdi. Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə cənab Prezidentin verdiyi vəd yerinə yetirildi. Bu gün Azərbaycanın Dövlət bayrağı 30 ilə yaxın həsrətində olduğumuz Qarabağda, Şuşada dalğalanır. Dövlət bayrağımızın belə zirvələrə qaldırılmasında Milli və Vətən qəhrəmanlarımızın, şəhidlərimizin və qazilərimizin rolu əvəzsisdir. Çünki onlar əzəli torpaqlarımızda məhz bayrağımız ucalısın deyə döyüşə atılıblar, canlarını fəda ediblər. İşğaldan azad olunan torpaqlarda üçrənli bayrağımız dalğalandıqca şəhidlərimizin də ruhu şad olur…

Bayrağa sevgi dövlətə sevgidən irəli gəlir. Bu sevgi vətəndaşları uğura, qələbəyə aparır. Buna görə də dövlət bayrağı həm də qalibiyyət rəmzidir. Çünki qaliblərin şərəfinə hər zaman təmsil etdikləri dövlət bayrağı qaldırılır. Bu, hər bir vətəndaş üçün ən qürurlu andır. Dövlətlər də öz qələbəsini məhz rəsmi bayrağı ilə nümayiş etdirir. Bu gün Azərbaycan dövləti və xalqı düşmən üzərində şanlı qələbə qazanmaqla qürurlu tarixi anlarını yaşayır.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent