BQXK bildirib ki, Qəzzada bütün xəstəxanalar həddən artıq doludur və dərman qıtlığı yaşanırbackend

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qəzza zolağında yerləşən bütün səhiyyə ocaqlarında sıxlıq olduğunu və dərman, yanacaq, qida və su çatışmazlığı yaşadığını bildirib. TASS bu barədə BQXK-nın Cenevrədə yayılan rəsmi sənədinə istinadən xəbər verir.

BQXK Qəzza zolağında həyat qurtaran və təcili tibbi yardıma çıxışı saxlamaq üçün təcili konkret tədbirlər görməyə çağırıb.

BQXK-nın Qəzzadakı ofisinin rəhbəri Uilyam Şomburq bildirib ki, anklavda fəaliyyət göstərən hər bir xəstəxana həddindən artıq sıxdır və dərman, yanacağa, qidaya və suya ehtiyac duyur. Onların bir çoxunda minlərlə qaçqın ailəsi yaşayır.

Mənbə: TASS