Braziliya BRİKS-də daxili valyutalara keçidi dəstəkləyibbackend

BRİKS assosiasiyası çərçivəsində ticarətdə yerli valyutalara keçid mümkündür və hazırda bu variant müzakirə olunur.

Bu barədə RİA Novosti-yə ölkənin maliyyə naziri Fernando Addad bildirib.

“Hazırda ən çox diqqəti cəlb edən yerli valyutalarla ticarət imkanlarıdır. Fikrimcə, bu, qısa müddətdə regional ticarətin inkişafı üçün istifadə oluna biləcək bir şeydir”, – deyə Addan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının yaz konfransında bildirib.

Braziliyanın maliyyə naziri etiraf edib ki, bu variant hazırda “olduqca çətindir”.

Bundan əvvəl Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Nqozi Okonjo-İveala demişdi ki, BRİKS-in genişlənməsi təşkilatın qlobal istehsaldakı payını 32%-dən 37%-ə yüksəltməyə imkan verib.