Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriges bildirib ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Braziliya millisini çalışdırmaq üçün favoritdir, jurnalist Fabrizio Romano sosial şəbəkələrdə yazır.
“Mən demirəm ki, Ançelottinin bizdən təklifi var, amma onun köçmək istəyib-istəmədiyini araşdırırıq. Gizlətməyin mənası yoxdur: Ançelotti bizim favoritimizdir”, – Rodriges deyib.
DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında məğlub olan Braziliya millisi baş məşqçisiz qalıb.

