Braziliya prezidenti Luiz İnasio Lula da Silva SBT telekanalının efirində “Real Madrid”i çalışdıran italiyalı mütəxəssis Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi postuna təyinatını tənqidi dəyərləndirib.
“O, heç vaxt İtaliya millisinin baş məşqçisi olmayıb. Son mundialda belə oynamayan İtaliyanın problemini niyə həll etmir?” dedi.
İyulun 5-də Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges Ançelottinin 2024-cü ilin yayında “Real Madrid”dən ayrılacağını və Braziliya millisinə rəhbərlik edəcəyini açıqlamışdı. Onun müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatına qədərdir.
Mənbə: Sport.ru

