Braziliya prezidenti əməliyyatla əlaqədar işinə fasilə verəcəkbackend

EFE agentliyinin məlumatına görə, Braziliya prezidenti Luiz İnasio Lula da Silva bud sümüyündən əməliyyat olunacağı üçün cümə günündən etibarən işinə fasilə verəcək.

Cümə günü dövlət başçısı ölkə paytaxtında xəstəxanaya aparılacaq. Əməliyyatın eyni gündə ümumi anesteziya altında aparılacağı və bir neçə saat çəkəcəyi planlaşdırılır.

Oktyabrda 78 yaşı tamam olan Lula da Silvanın əməliyyatdan sonra beş gün xəstəxanada qalacağı gözlənilir. Daha sonra evə qayıdacaq və əməliyyatdan sonra sağalma prosesini davam etdirəcək.

Mənbə: TASS