Braziliya prezidenti FİFA-dan futbolda irqçiliklə mübarizə aparmağı xahiş edibbackend

Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Xirosimada “Yeddilik” (G7) sammitinin mətbuat konfransı başlamazdan əvvəl çempionatın 35-ci turunda “Valensiya” – “Real Madrid” matçında irqçilik təzahürləri ilə bağlı açıqlama verib.

Mayın 21-də baş tutan oyun ikinci hissənin ortalarında braziliyalı hücumçu Vinisius Juniora qarşı təhqirlərə görə yarımçıq kəsilməli olub. Valensiya azarkeşləri futbolçunu meymun adlandırıblar. Vinisius görüşün sonunda rəqiblərlə əlbəyaxa davada iştirak etdiyi üçün meydandan qovulub.

“Dünən Valensiyadakı stadionda keçirilən oyun zamanı kobud təhqirlə üzləşən “Real Madrid”in gənc qaradərili braziliyalı oyunçusuna dəstəyimi bildirmək istərdim. Bizim dövrümüzdə Avropanın futbol stadionlarında irqçi təəssübkeşliyin vüsət alması yolverilməzdir.

Mənbə: TRT Spor