Braziliya prezidenti Luiz İnasio Lula da Silva Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb və onlar ABŞ-dan gələn tariflər fonunda ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Bu barədə Braziliya lideri X sosial şəbəkəsində məlumat verib.
“Braziliya və Hindistan hazırda ən çox təsirlənən iki ölkədir. Biz çoxtərəfli yanaşmaları müdafiə etməyin vacibliyini və mövcud vəziyyətin yaratdığı çağırışlara qarşı durmağın, həmçinin iki ölkə arasında daha geniş inteqrasiya imkanlarının araşdırılmasının vacibliyini bir daha təsdiq etdik”, – Braziliya prezidenti yazıb.