Braziliya prezidenti Lula İnasio da Silva Rusiya lideri Vladimir Putinlə telefon danışığında Ukraynadakı münaqişənin həlli yollarının axtarışına töhfə verməkdə maraqlı olduğunu təsdiqləyib.
Bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
“Luis da Silvanın Ukrayna münaqişəsinin həlli yollarının axtarışına töhfə verməkdə maraqlı olduğunu nəzərə alaraq, Vladimir Putin bununla bağlı Rusiyanın prinsipial qiymətləndirmələrini açıqlayıb”, – Kremldən bildiriblər.
Liderlər həmçinin ölkələrin strateji tərəfdaşlığının inkişafını müzakirə edib və BRİKS vasitəsilə maliyyə əməkdaşlığını davam etdirmək barədə razılığa gəliblər. Bundan əlavə, da Silva və Putin oktyabrda keçiriləcək BRİKS-in Kazan sammitində görüşmək barədə razılığa gəliblər.