Braziliya Ukraynada vasitəçi rolunu üzərinə götürə bilərbackend

Braziliya ABŞ-ı əvəz edə və Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda vasitəçi kimi çıxış edə bilər.

Bu barədə “O Globo” qəzeti ölkə hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

“Moskvada keçiriləcək görüşdə Lulanın Putinə məlumat verəcəyi gözlənilir ki, Braziliya Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanmasında fəal iştirak etmək səlahiyyətinə malikdir”, – deyə məlumatda bildirilir.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Ukrayna münaqişəsinin həlli üçün “çox yaxşı şans” var. Eyni zamanda, o qeyd edib ki, Moskva ilə Kiyev arasında “böyük nifrət” səbəbindən sülh razılaşmasının əldə olunmaması ehtimalı var.