Bred Pitt The Killers gitaraçısından malikanə alıbbackend

Amerikalı aktyor Bred Pitt Los-Ancelesdə gitara ifaçısı və The Killers rok qrupunun yaradıcılarından biri Deyv Kueninqdən 12 milyon dollara malikanə alıb.

Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

malikanə şəhərin bir çox Hollivud ulduzunun evlərinin olduğu prestijli Outpost Estates bölgəsində yerləşir. Pittin əldə etdiyi əmlakın ümumi sahəsi təxminən 779 kvadratmetrdir. Malikanənin altı yataq otağı var və pəncərələrdən okeana mənzərə açılır. Ərazidə üzgüçülük hovuzu, tərəvəz bağçası və manqal sahəsi var.

Dave Kuening və onun həyat yoldaşı, dizayner Emily malikanəni 2021-ci ildə 9,6 milyon dollara alıblar. Cütlük evi 2025-ci ilin iyununda 14 milyon dollara satışa çıxarıb.