Hollivud aktyoru Bred Pitt və sevgilisi İnes de Ramon nikahdan əvvəl uşaq sahibi olmaq istəyirlər.
Bu barədə “In Touch Weekly” nəşri məlumat yayıb.
Ulduzların əhatəsində olan insayder, 60 yaşlı Bred Pitt və 31 yaşlı İnes de Ramonun toyu təxirə salmaq qərarına gəldiklərini və bütün diqqətlərini övladlarının doğulmasına yönəltdiklərini söylədi. Mənbənin sözlərinə görə, aktyor və onun seçdiyi şəxs üçün yeni ailə üzvünün meydana çıxması əsas prioritetdir.
“Nə qədər tez bir o qədər yaxşıdır. Onlar bu yaxınlarda Avropada çox vaxt keçiriblər və ümid edirlər ki, tezliklə paylaşacaqları xoş xəbərlər olacaq”, – deyə insayder bildirib.
Mənbə: Akşam