Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti mayın 2-dən bəri ilk dəfə bir barel üçün 79 dollara yüksəlib. Prime xəbər verir.
Axşam saatlarında Brent 79,05 dollar (üstəgəl 1,62%) səviyyəsində sabitləşərək bir qədər sürətlənmiş artımı göstərir.
Agentliyin məlumatına görə, kotirovkaların dinamikası Çindən gələn müsbət məlumatlar ilə bağlıdır.
Mənbə: Bloomberg