Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundubackend

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.