Böyük Britaniya və Avropa İttifaqının birgə sammiti ərəfəsində Böyük Britaniya ümumi dəyərlər, o cümlədən Ukraynanın ərazi bütövlüyünə sadiqlik haqqında sənəd layihəsi hazırlayıb.
Bu barədə Reuters agentliyi sənədə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, “Böyük Britaniya Ukraynanın ərazi bütövlüyü, Paris iqlim sazişi və açıq və azad ticarətə dəstəyi vurğulayan Aİ ilə ümumi dəyərlərin geniş bəyanatını təklif edib”.















