Avropa Parlamentinin Britaniyadan olan keçmiş üzvü Devid Kempbell Bannerman bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ölkənin silahlı qüvvələrinə nəzarəti ələ keçirməklə Britaniyanı müharibəyə sürükləmək istəyir. O, bu barədə “Redacted” YouTube kanalına müsahibəsində bildirib.
Bannerman Britaniya ordusunun Təhlükəsizlik və Müdafiə üzrə Daimi Strukturlaşdırılmış Əməkdaşlıq (PESCO) çərçivəsində Avropa İttifaqının nəzarəti altına keçməsinin risklərinə diqqət çəkib.
“Onların etməyə çalışdıqları odur ki, bizim hərbi imkanlarımızı tam şəkildə çatdırmağa çalışırlar. Əgər Sunak kimi qlobalist parazitlər bundan qurtulsalar, o zaman bizim ordunun Rusiya ilə müharibə üçün potensial olaraq Ukraynaya göndərilməsi an məsələsidir”, – Bannerman bildirib.
Mənbə: TASS

