Asteroidin vurması nəticəsində dinozavrların yoxa çıxması ilə bağlı fərziyyə yeni təsdiqini tapıb. Amma indi alimlər hesab edirlər ki, bir deyil, iki asteroid olub, deyə Daily Mail yazır.
Heriot Vatt Universitetinin alimləri təxminən 66 milyon il əvvəl eyni vaxtda ikinci dağıdıcı kosmik qayanın Yerə dəyməsinə dair sübutlar tapıblar. Onun diametri təxminən 500 metr olub və Qərbi Afrikadakı Qvineya Respublikasının müasir sahilləri yaxınlığında yer qabığına çırpılıb.
Onun mövcudluğunun ilk sübutu 2022-ci ildə aşkar edilib və indi tədqiqatçılar təqribən doqquz kilometr dərinlikdə olan çökəkliyin yeni yüksək ayırdetməli 3D seysmik görüntülərini əldə ediblər ki, bu da onların şübhələrini təsdiqləyir.
Doktor Visdin Nikolsonun sözlərinə görə, asteroid şimal-şərqdən 20-40 dərəcə bucaq altında gəlib. Düşmə sürəti 72.000 km/saat olaraq qiymətləndirilir.
Mənbə: haberler.com