Böyük Britaniya bankları dondurulmuş Rusiya aktivlərinin Ukraynaya köçürülməsinə etiraz ediblər.
Bu barədə Financial Times (FT) qəzeti Böyük Britaniyanın bank sektorunun nümayəndələrinə istinadən məlumat verib.
Mənbə qəzetə bildirib ki, “Biz bu məsələnin qanuniliyindən narahatıq. Hökumət heç vaxt aktivlərə bu şəkildə nəzarəti ələ keçirmədiyi üçün presedent yaradır”.
“Financial Times” qəzeti qeyd edir ki, Rusiya aktivlərinə sahib olan banklar “ciddi şəkildə qorunan sirr”dir.












