Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Anson Sky Sports-a müsahibəsində rusiyalı idmançıların 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında ehtimal iştirakını dəstəkləyib, lakin idmançılardan Rusiya bayrağı olmadan neytral statusda çıxış etmələrinin tələb olunduğunu qeyd edib
“Unutmamalıyıq ki, rusların bir çox beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub, buna görə də onların bir çoxu vəsiqə qazana bilməyib. Biz idmançıların neytrallığı ideyasını dəstəkləyirik, idmançıların dünyada baş verən münaqişələrə görə cəzalandırılmasını istəmirik”, – Anson bildirib.
Oktyabrın 12-də BOK DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuralarının Rusiya təşkilatına daxil edilməsindən sonra Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətini növbəti bildirişə qədər dayandırdığını elan edib. Eyni zamanda BOK qeyd edib ki, lazımi vaxtda Rusiya idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına buraxılması ilə bağlı qərar qəbul etmək hüququnu özündə saxlayır.
Mənbə: TRT Spor











