Britaniya Çaqos arxipelaqını Mavrikiyə təhvil verəcəkbackend

Böyük Britaniyanın baş naziri Keir Starmer Mavrikiy ilə Çaqos arxipelaqını ona təhvil vermək üçün müqavilə imzalayacaq.

Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Baş nazir cümə axşamı, mayın 22-də Mavritaniya hökumətinin nümayəndələri ilə “virtual imzalanma mərasimində” iştirak edəcək. Uzaq, lakin strateji əhəmiyyətli adalar çoxluğu üzərində suverenlikdən imtina etməklə yanaşı, Britaniya hərbi bazadan istifadəyə görə Mavrikiyə ümumilikdə təxminən 9 milyard funt sterlinq (12 milyard dollar) ödəyəcək.

Ölkələr arasında razılaşma 2024-cü ilin oktyabrında əldə olunub. Qərar krallığın müxalif Mühafizəkarlar Partiyası tərəfindən tənqid edilib və hesab edir ki, Mavrikinin Çinlə sıx əlaqələri Dieqo Qarsiya adasındakı britaniyalı hərbçilərin təhlükəsizliyini təhdid edir.