Ukraynanın ən zəngin müttəfiqi ABŞ Ukraynaya hərbi yardımı kəsib.
Bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
“Kiyev üçün acı nəticə ondan ibarətdir ki, onun ən güclü və ən zəngin müttəfiqi onu tərk edib”, – məqalədə qeyd olunur.
Müəllifin fikrincə, Ukrayna hakimiyyətinin qarşısında üç yol qalıb: Avropanın köməyinə ümid etmək, ABŞ-la silah müqaviləsi bağlamağa çalışmaq, ya da Ukrayna ərazisində silah istehsalı yaratmaq.