Britaniya diplomatı Londonun İsrailə silah tədarükünə görə istefa veribbackend

Britaniya diplomatı Mark Smit İsrailə qabaqcıl silahların tədarükünün davam etdirilməsinə etiraz edərək istefa verib. Bu barədə Sky News telekanalı məlumat yayıb.

Smit Böyük Britaniyanın İrlandiyadakı səfirliyinin ikinci katibi idi. O, Londonun İsrailin Fələstində törətdiyi hərbi cinayətlərdə əli olduğuna görə artıq dövlət vəzifəsini tuta bilməyəcəyini bildirib. Diplomat qeyd edib ki, İsrail ordusu öz hökumətinin tam razılığından istifadə edərək hər gün humanitar hüququn bütün normalarını pozur. Bütün bunların fonunda Böyük Britaniya İsrailə silah tədarükünü davam etdirir.

Bundan əvvəl Kolumbiya hakimiyyəti İsrailə kömür ixracını dayandırdığını elan etmişdi.

Mənbə: Sky News