Britaniya Fransa parlamentindəki vəziyyətə görə Makronu “axsaq ördək” adlandırıbbackend

Fransa prezidenti Emmanuel Makron öz siyasətini ölkə parlamentinə tətbiq edə bilməyən “axsaq ördək”ə çevrilib.

Bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Məqalədə deyilir: “Prezident Makron çox az variantı olan axsaq ördəkdir. Fransa Beşinci Respublikanın keçmiş prezidenti Şarl de Qolldan bəri görünməmiş demokratik böhranla üzləşir”.

Müəllifin fikrincə, hazırda siyasətçi üçün yalnız üç ssenari var: yeni baş nazir təyin etmək, parlament seçkiləri keçirmək və ya könüllü istefa vermək.