Britaniya hakimiyyəti rusiyalı iş adamı, Norilsk Nikel şirkətinin rəhbəri Vladimir Potaninə vəkillərinin boşanma işi ilə bağlı Londonda keçirilən məhkəmə prosesində iştirakına icazə verib. TASS xəbər verir ki, bunu Böyük Britaniyanın Ali Məhkəməsində keçirilən dinləmə zamanı sahibkarın maraqlarını təmsil edən vəkil və baron Edvard Folks bildirib.
Onun sözlərinə görə, Potanin Britaniya Maliyyə Sanksiyaları Təşkilatından xüsusi icazə aldıqdan sonra məhkəmədə “qanuni şəkildə təmsil oluna bilib”.
Oktyabrın 31-də ölkənin Ali Məhkəməsində Potanin və onun keçmiş həyat yoldaşı Natalya arasında əmlak bölgüsü işi üzrə dinləmələr başlayıb. Dinləmə noyabrın 1-də yekunlaşacaq. Məhkəmə qərarı daha sonra açıqlanacaq.
Mənbə: TASS