Britaniya hesab edir ki, Rusiya Ukraynaya pilotsuz təyyarələrin zərbələrinin gücünü əhəmiyyətli dərəcədə artıra biləcəkbackend

Rusiya ordusu minə qədər pilotsuz uçuş aparatından (PUA) istifadə etməklə Ukraynaya zərbələr endirə biləcək.

Bu barədə Britaniyanın “The Economist” nəşri mənbələrə istinadən yazır.

Nəşrin yazdığına görə, Ukraynanın əsas problemi hava hücumundan müdafiə sistemlərinin öhdəsindən gələ bilmədiyi Rusiya pilotsuz təyyarələrinin sayıdır.

Məqalədə qeyd olunur ki, Ukrayna ordusu cəbhə xəttini sabitləşdirməyə nail olsa belə, hava hücumundan müdafiə ilə bağlı çətinliklər daha da artacaq.